• info@citymap.az
  • +994 50 224 40 52

Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatı

İZLƏ FAVORİT
378 BAXIŞ
  • МƏSUL ŞƏXS Sərdar Yusifoğlu
  • ÜNVANBakı, Səbail r. İçərişəhər, İlyas Əfəndiyev küçəsi, İtaliya və Serbiya səfirliklərinin arxası
  • ŞƏHƏR TELEFONU (+99412) 492 91 44
  • MOBİL TELEFON (+99450) 482 51 51, (+99455) 555 61 16
  • VEB SAYT http://www.gemi.az
  • E-MAİL office.gemi@gmail.com
  • SOSİAL MEDİA
  • İŞ GÜNLƏRİ 1-6 günlər
İŞ SAATLARI 10:00 - 19:00
NAHAR FASİLƏSİ 13:00 - 14:00

ÜNVAN

HAQQINDA

Want create site? Find Free WordPress Themes and plugins.

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) 26 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınıb.

GEMİ fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellektual səviyyənin inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirib.
Mərkəz daimi olaraq gənclər üçün elmi-mədəni tədbirlər təşkil edir, həmçinin, bu sahədə fəaliyyət göstərən insanlarla gənclərin görüşünü təşkil edir.
GEMİ yarandığı gündən bəri Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, eləcə də digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir.  Xaricdə həyata keçirdiyimiz tədbirlər daim ölkəmizin səfirlik və nümayəndəlikləri ilə koordinasiya şəraitində həyata keçirilib.

GEMİ Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvüdür və daim Milli Şuranın həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.Təşkilat Azərbaycan Prezidenti yanında Gənclər Fondunun müxtəlif gənclər təşkilatları üçün təşkil etdiyi qrant müsabiqələrində də iştirak edib və ayrı-ayrı layihələr üzrə qrantlar udaraq, gənclərimizin maariflənməsində öz töhfəsini verib.

GEMİ-nin hazırda 1000-ə yaxın üzvü var. GEMİ xaricdə təhsil sahəsində də gənclərə yardım edir və son bir neçə il ərzində Ukrayna, Rusiya, Türkiyə, Litva,  Polşa, Almaniya kimi ölkələrin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclər həm də GEMİ-nin fəal üzvləridir. Təşkilat xaricdə təhsil marağında olan gənclərə pulsuz seminarlar da təşkil edir, onların xarici universitetlərə qəbul olmasına yardımçı olmaq üçün məsləhət saatları keçirir. Eyni zamanda, xarici ölkələrdə ixtisasartırma kurslarında və təcrübə proqramlarına iştirak etmək istəyən, müxtəlif istiqamətdə öz nəzəri və təcrübi biliklərini artırmaq istəyən gənclərə də GEMİ tərəfindən müvafiq dəstək göstərilir.

2013-cü il Prezident seçkiləri ərəfəsində GEMİ fəalları “Facebook” sosial şəbəkəsində “Prezidentə Dəstək” qrupu yaradıb ki, hazırda bu qrupun 35 mindən çox üzvü var və davamlı olaraq həmin qrupda dövlətçilik əhəmiyyəti daşıyan, gənclərin elmi-mədəni maariflənməsinə köməkçi olacaq maarifləndirici məlumatlar paylaşılır.

Təşkilatın bu və digər istiqamətlərdə fəaliyyəti barədə ətraflı informasiyanı davamlı yenilənən saytından əldə etmək olar.

Did you find apk for android? You can find new Free Android Games and apps.

ŞƏRH YAZ

ŞƏRHLƏR

Şərh yoxdur.