• info@citymap.az
  • +994 50 224 40 52

Kaspi Liseyləri

219 ZİYARƏTÇİ
  • ƏLAVƏ OLUNMA TARİXİ: 16.04.2018 18:22
  • XİDMƏTİN NÖVÜ: Satış
Want create site? Find Free WordPress Themes and plugins.

Kaspi Liseyi 2014-cü ildən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən filialı ilə fəaliyyətə başlayıb. Yüksək keyfiyyəti ilə seçilən Kaspi Liseyinin müsbət təcrübəsini və əhalinin keyfiyyətli təhsillə bağlı tələbatını nəzərə alan “Kaspi” Təhsil Şirkəti 1 il sonra, 2015-ci ildə Bakının Xətai rayonu ərazisində Kaspi Liseyinin Ağ şəhər filialını istifadəyə verib. Liseyimizin Bakıxanov filialında bütün təhsil pillələri üzrə Azərbaycan, Ağ Şəhər filialında isə Azərbaycan və rus bölmələri üzrə tədris həyata keçirilir. Kaspi Liseyi qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq ötən dövr ərzində tədris və digər fəaliyyətlər üzrə müxtəlif nailiyyətlər əldə etmişdir.

 Kaspi Liseyi aşağıdakı fəaliyyətləri həyata keçirir:

Tədris fəaliyyəti

Məktəbin başlıca məqsədi şagirdlərimizə dünya standartlarına uyğun milli dəyərlərə söykənən təhsil verməkdir. Bu işdə tədris proqramlarının düzgün seçilməsi və tədris olunmasının nə qədər vacib və məsuliyyətli iş olduğunu bilirik. Kaspi Liseyi öz hədəflərinə çatmaq üçün aşağıdakı işləri görür.

• Bütün sinif şagirdləri üçün nəzərdə tutulmuş Təhsil Nazirliyinin standartlarına əsaslanan tədris proqramının tətbiqi

• Xarici dillərin beynəlxalq standartlara əsasən tədrisi. İngilis dili üzrə şagirdlərin 4 bacarıq üzrə (speaking, writing, reading, listening) tədrisinin təşkil olunması, beynəlxalq sertifikat (Cambridge ESOL, KET, PET, Starters, Movers, Flyers) imtahanlarına hazırlıq. Rus dili üzrə ll-XI sinif şagirdləri üçün danışıq və yazı qrammatikasının tam öyrədilməsi.

• Şagirdlərin biliklərinin müəyyən edilməsi məqsədi ilə ölçmə və qiymətləndirmənin təşkili, şagirdlərin dərslərinin möhkəmləndirilməsi üçün əsas fənlər üzrə əlavə dərslərin tədrisi, ev tapşırıqlarının yerinə yetirilməsi

• Elektron Kaspi (E-Kaspi) sistemi vasitəsilə şagirdlərin tədris fəaliyyətinin idarəolunması, onların valideynləri ilə sıx əlaqənin yaradılması

• Respublikadaxili və beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıq

• Ölkədaxili və xarici yaz və yay məktəblərinin təşkili, müxtəlif xarici məktəblərlə əməkdaşlıq

Sosial və idman fəaliyyətləri

“Sağlam bədəndə sağlam ruh olar” prinsipini üstün tutan Kaspi Liseylərində idman və sosial fəaliyyətlərə xüsusi diqqət ayrılır. Şagirdlərin xüsusi istedadlarının üzə çıxması və inkişaf etməsi üçün aşağıdakı istiqamətlərdə işlər görülür:

• Müxtəlif idman növlərinin (şahmat, gimnastika, kapoeyra, cüdo, basketbol, voleybol, tennis və s.) müvafiq idman dərəcələri olan müəllimlər tərəfindən tədris olunması.

• Xüsusi istedadların aşkarlanması üçün fəaliyyətlərin (rəqs, heykəltəraşlıq, musiqi, rəsm, “Milli irsimiz”, “Parlaq zəka” dərnəkləri; rəsm və əl işi sərgiləri; Şən və hazırcavablar klubu və s.) təşkil olunması.

• Dünyagörüşün genişləndirilməsi üçün liseydə Azərbaycanın alim və ictimai xadimləri ilə görüşlər keçirilir və onların həyat və təcrübələri şagirdlərlə paylaşılır

• Şagirdlərin sosial inkişafı üçün müxtəlif tarixi-mədəni yerlərə ekskursiyalar təşkil olunur, müxtəlif elmi və mədəni müsabiqələr keçirilir

Təlim-tərbiyə və psixoloji fəaliyyət

Şagirdlərin fərd kimi formalaşmasında, cəmiyyətimizə, millətimizə və dövlətimizə yararlı bir vətəndaş kimi yetişməsində şagirdlərlə aparılan psixoloji və tərbiyəvi işlər böyük önəm daşıyır. Şagirdlərlə yanaşı müəllim və valideynlərlə təcrübəli psixoloqlar işləyir.

• Müxtəlif yaş qruplarına aid qrup seminarları keçirilir.

• Fərdi psixoloji seanslar təşkil olunur.

X və XI siniflər üzrə işin təşkili X və XI sinif dövrü məktəb, şagirdlər, həmçinin valideynlər üçün həyəcanlı, həssas və eyni zamanda çox məsuliyyətli bir dönəmdir. Ona görə də məktəbimizdə X və XI siniflərlə bağlı xüsusi tədris proqramı və gün rejimi haırlanmışdır. Bu proqram şagirdlərimizin X sinifdən etibarən seçdikləri ixtisas istiqamətində həm yerli, həm də xarici universitetlərə hazırlığını əhatə edir.

• X və XI sinif şagirdlərinin hazırlıq səviyyələrinin müəyyən edilməsi məqsədi ilə günlük, həftəlik, aylıq kuiz və imtahanların təşkili

• Gün rejiminin tədrisin tələbinə uyğun olaraq uzadılması

• Ofis saatlarının təşkili (Fərdi hazırlıq metodu).

• Beynəlxalq imtahanlara (TOEFL, IELTS, SAT) hazırlıq.

• Psixoloji dəstək məqsədilə qrup seminarlarının və fərdi seansların təşkili

Kaspi Liseyinin 2014-2017-ci illər üzrə nailiyyətləri:

• Bir sıra elmi və layihə olimpiadaların finalında iştirak:

o Infomatrix 2017 (Buxarest, Rumıniya)

■ 4 gümüş, 2 bürünc medal o GENIUS 2017 (Nyu York, ABŞ)

• Respublika fənn olimpiadalarının yarımfinal və final mərhələsində iştirak

• SAT və IELTS imtahanlarında yüksək nəticə əldə olunması.

• İdman üzrə nailiyyətlər: o Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif idman növləri üzrə keçirilən Sabunçu və Xətai rayonları üzrə yarışlarda qalib olması o Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Olimpiya Hərəkatı” idman yarışlarında birinci, ikinci və üçüncü yerlərin əldə edilməsi o Şahmat və cüdo üzrə dərəcə turnirlərində qələbələrin qazanılması

• BMT-nin Azərbaycan Nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi tərəfindən keçirilmiş 5 iyun – Ümumdünya Ətraf Mühit Gününü rəsm müsabiqəsində 2 şagirdimizin birinci yerə layiq görülməsi

Kaspi Liseyinin uğurlarının əsas səbəbləri:
• Tədris və təlim-tərbiyə prosesində müəllim, şagird və valideyn əməkdaşlığının uğurlu təşkili

• Milli və ümumbəşəri dəyərlərə və müasir metodlara əsaslanan təlim-tədris prosesi

• Xüsusi həssaslıqla seçilmiş, yüksək pedaqoji təcrübəyə malik müəllimlərdən ibarət peşəkar komanda

• Xarici dillərin müasir metod və üsullarla tədrisini təşkil edə bilən yerli və əcnəbi müəllimlərdən ibarət peşəkar komanda

• Şagirdlərin potensiallarına uyğun fərdi yanaşma üsullarının tətbiq olunması.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Şirkət Məlumatları

[:az]Kaspi Liseyi 1[:en]Kaspi Lyceum 1[:ru]Каспийский лицей 1[:]