Fariz Abdullayev - Real Aikido məşqçisi Bağlıdır

  • 734 baxılıb
  • Telefon
  • Sosial şəbəkələr
  • Ölkə
    Azərbaycan
  • Şəhər
    Bakı
  • Rayon
    Nəsimi
  • Yaxınlıqdakı metro
    28 May
  • Ünvan
    Bül-bül prospekti 74
  • Bildiyi dillər Rus dili, İngilis dili, Azərbaycan dili
  • İş vaxtı
    Həftə içi hər gün 17:00-21:00
    Şənbə 17:00-21:00
  • İş təcrübəsi
    11 il
  • Açıqlama

    Fariz Abdullayev Elsevər oğlu 1989-cu il Aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə "Milli Aviasiya Akademiyası"-nın "İqtisadiyyat və Hüquq" fakultəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. 2016 - cı ildə "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası"- nı bitirərək bakalavr dərəcəsini almışdır. 2010-2011-ci illərdə hərbi xidmətini başa vurur.

    Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə "Ümumdünya Real Aykido Mərkəzi"-nin ("WCRA"-nın) üzvü edir. 2012-ci ilin İyun ayında o "WCRA"-nın Prezidenti, "Real Aykido" döyüş növünün yaradıcısı, 10-cu Dan qara kəmər sahibi, Akademik, General Ljubomir Vracarevic tərəfindən 3-cü Dan qara kəmərə layiq görülür və "Idman Ustası" dərəcəsi alır. 2013-cü il 9 mart tarixində ilk dəfə, daha sonra isə 2013-cü il 15 dekabr tarixində ikinci dəfə Azərbaycanı Serbiyanın Belqrad şəhərində keçirilən Beynəlxalq Real Aykido seminarında yüksək səviyyədə təmsil edir və fərqlənmə diplomu alır. 2013-cü il 6 iyun tarixində “Real Aykido” döyüş növünü Azərbaycanda inkişaf etdirdiyinə görə "Ümumdünya Real Aykido Mərkəzi" - nin Prezidenti tərəfindən qızıl medala layiq görülür. Eləcə də 2014-cü il 25 may tarixində yüksək təşkilatçılığı və işgüzarlığına görə Dünya Federasiyası tərəfindən növbəti qızıl medala layiq görülür.

    17 noyabr- 20 dekabr 2014-cü il tarixdə Fariz Abdullayev Real Aykidonun vətəni olan Serbiyanın paytaxtı Belqrada səfər etdi. 33 günə 58 professional məşq etdi, Azərbaycanı Beynəlxalq seminarda 3-cü dəfə yüksək səviyyədə təmsil etdi, 3 təşəkkürnamə aldı, Dünya federasiyasının mərkəzində 3 qrup məşq keçdi və Dünya federasiyasının 1-ci yığmasının üzvü oldu, “Bodyguard Training Centre Vracarevic” kursunu bitirdi və sertifikat aldı. 2015-ci ilin mart ayında Parisdə keçirilən “Beynəlxalq Döyüş Növləri Festivalı”-na dəvət alır, Azərbaycanı və Dünya Real Aykidosunu layiqincə təmsil edir. 2 fevral 2016-cı il tarixində Binəqədi Rayon İcra Başçısı tərəfindən Fəxri Fərmana layiq görülür. 24 fevralda isə Dünya Federasiyası tərəfindən Serbiyaya dəvət olunur. İmtahan verərək 4-cü Dan qara kəmər ustası adını qazanır. Eyni zamanda “Bodyguard Training Centre Vracarevic”-in Azərbaycan üzrə rəsmi nümayəndəliyi Fariz Abdullayevə həvalə edilir. 2018-ci il 11 iyul tarixində Ümumdünya Real Aykido Mərkəzinin Qafqaz regionu üzrə baş nümayəndəsi vəzifəsinə təyin olunur. 

    2013-cü il 20 iyun tarixindən etibarən "Azərbaycan Real Aykido İdman Klubu"-nun Prezidenti və "Ümumdünya Real Aykido Mərkəzi" - nin Azərbaycanda yeganə rəsmi nümayəndəsidir. Hal-hazırda sıravi vətəndaşlara və bir çox güc strukturlarının əməkdaşlarına özünümüdafiə sənətini öyrədir.

    Real Aykido özünümüdafiə sənətidir. Yaş, cins, çəki məhdudiyyəti yoxdur. 4-13 yaş arası uşaqlar üçün Ümumdünya Real Aykido Mərkəzi tərəfindən yaradılmış xüsusi proqramla məşq keçirilir. Real Aykido özünümüdafiə sənəti ilə 7 ölkə başçısının şəxsi cangüdənləri hazırlanmışdır.

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı