Əliyeva Günel Qəzənfər qızı 01.12.1991- ci ildə Şuşa şəhərində anadan olub.
2009- cu ildə Şuşa şəhəri 6 saylı tam orta məktəbi bitirib.
2009- 2013- cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisası) fakültəsinin məzunu olmuşdur.
Hal- hazırda Laçın rayonu 13 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsində çalışır.
"The Secret Business Academy"də Kurikulum təlimini, Azərbaycan dili və Ədəbiyyatı fənlərini tədris edir.
Bədii yaradıcılıqla da məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıları dövri mətbuatda müntəzəm olaraq dərc edilir.
"Gecikmisən qəlbimə", "Könlümün səhrası" adlı şeir kitablarının müəllifidir. "Mən bir müəlliməm" adlı kitabı elmi və bədii üslubları birləşdirən ilk Kurikulum- Pedaqogika kitabıdır.
"Sürətli Öyrənmə Proqramı" adlı kitabı isə Kurikulum və Pedaqogikanı qısa müddətə, fərqli və yaddaqalan üsullarla öyrənmə metodlarını təqdim edir.