Hədəf Nəşrləri Bağlıdır

  • 783 baxılıb
  • Telefon
  • Web sayt hedefnesrleri.az
  • Sosial şəbəkələr
  • Ölkə
    Azərbaycan
  • Şəhər
    Bakı
  • Rayon
    Yasamal
  • Yaxınlıqdakı metro
    Nizami
  • Bildiyi dillər Azərbaycan dili
  • İş vaxtı
    Həftə içi hər gün 09:00-18:00
  • Açıqlama

    Elmin sirlərini bizimlə vərəqləyin Hədəf Nəşrləri – 10 il Sizinlə... “Hədəf Nəşrləri” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ildə təsis edilib. Azərbaycan Respublikasında ən məşhur mətbəə və nəşriyyatlarla partnyorluq edən Hədəf Nəşrləri 2010-cu ildə “İlin ən yaxşı nəşriyyatı” (Yeni Yazarlar və Sənətçilər Qurumu), 2011-ci ildə “İlin ən fəal əməkdaşı” (AR Mədəniyyət və Turizm Nazirliyi) və həmçinin 2011-ci, 2017-ci ildə keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Ən fəal iştirakçı” diplomları ilə təltif edilib. O cümlədən, Beynəlxalq – İstanbul, Frankfurt, London, Moskva, Alma-Ata, Maxaçkala və digər şəhərlərdə keçirilən kitab sərgilərində Azərbaycanı təmsil edib. Nəşriyyat fəaliyyət göstərdiyi 10 il müddətində 20-dən çox nəşri yerli və beynəlxalq kitab mükafatları alıb. Hədəf Nəşrləri bir çox xeyriyyəçilik tədbirlərində və layihələrində iştirak edir. Təhsillə bağlı müxtəlif telelayihələrə sponsorluq edən Hədəf Nəşrləri Azərbaycan təhsilinin inkişafında, Azərbaycan gəncinin intellektual səviyyəsinin yüksəlməsində əlindən gələni əsirgəmir. Hədəf Nəşrləri 2011-2014-cü illərdə “İSQ”, 2014-2016-cı illərdə “Hədəf” təhsil jurnallarını nəşr edib, 2016-cı ildən isə “Ustad” ədəbiyyat və sənət dərgisi ilə oxucuların görüşünə gəlir. Fəaliyyətə başladığı ilk ildən etibarən nəşriyyat Azərbaycanda orta təhsilə dair əlavə və metodik dərs vəsaitlərinin çap etdirməsini əsas istiqamət olaraq qəbul edib. 2009-cu ildə işıq üzü görən bütün fənlər üzrə əlavə dərs vəsaitləri (nəzəri hissə) və test topluları (praktik hissə) qısa vaxt ərzində kitab bazarında Hədəf Nəşrləri kimi yeni qurulmuş bir təşkilata yüksək reytinq gətirərək istər təhsil müəssisələri, istərsə də çoxsaylı müəllim-şagird kontingenti arasında imic formalaşdırıb. Təsadüfi deyil ki, adı keçən kitablar Azərbaycanın Bakı şəhəri başda olmaqla bütün ərazilərində təhsil alan auditoriyanın böyük marağına səbəb olub. Qeyd edək ki, bu kitablar yüksək təcrübəli müəllif heyəti tərəfindən hazırlanır. 2010-cu ildə Hədəf Nəşrləri əvvəlki nəşr istiqamətlərini daha da genişləndirdi. Həmin il üçün yeni layihələrdən biri siniflər üzrə bütün fənlərdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə vasitələrinə və Kurikulum proqramına uyğun olaraq nəşrlərin hazırlanması oldu. 2011-ci ildən etibarən bütün fənlər üzrə müxtəlif test topluları bağlamalarının – Dərsi Qiymətləndirmə Testlərinin (DQT), məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan yüksək zövqlə tərtib edilmiş metodik vəsaitlərini dərc edir (bu layihəyə 5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əyani vəsait və digər maraqlı metodik kitablar daxildir). 2012-ci ildən “İnci” və “Fidan” uşaq kitabları nişanı altında “Böyük adam olmuş uşaqlar” silsiləsindən 11, “Cib kitabları” silsiləsindən 9, “Cuppulu meyvələr” silsiləsindən 5, “Boyama dəsti”ndən 10, “Əsas dəyərlər” silsiləsindən 9, “Plastilinlə oyun” silsiləsindən 4, məktəbəqədər dərs vəsaitləri, rus dilini öyrənmək üçün səviyyələr üzrə oxu kitabları, müxtəlif hekayə və nağıl kitabları, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemaları ilk dəfə nəsrlə, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanının uşaqlar üçün işlənmiş versiyaları və digər kitabları çap edir. “ATV Kitab” layihəsi çərçivəsində isə ATV telekanalı ilə müştərək olaraq yerli və xarici yazarların kitablarını nəşr edir. Hədəf Nəşrləri 2013-cü ildən “Səyyar Kitab” sərgi-yarmarkasının, 2014-cü ildən “Anamın Kitabı” ədəbiyyat müsabiqəsinin, 2015-ci ildən “Oxu Günü” kitab festivalının təsisçisi və əsas təşkilatçısıdır. Qeyd edək ki, Hədəf Nəşrləri fəaliyyətə başladığı dövrdən AR Milli ISBN Agentliyində qeydiyyatdan keçib və bütün nəşrləri beynəlxalq kitab koduna malikdir. Bununla yanaşı, əlavə və metodik vəsaitlərdən bir çoxu AR Təhsil Nazirliyi tərəfindən qrif almış, tövsiyə edilmişdir.

Xəritədə göstər

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı