Heydər Əliyev Sarayı  İndi işləyir

  • 288 baxılıb
  • Ölkə
    Azərbaycan
  • Şəhər
    Bakı
  • Rayon
    Nəsimi
  • Yaxınlıqdakı metro
    28 May
  • Ünvan
    Bülbül prospekti 35
  • Orientir #28 Mall
  • Bildiyi dillər Rus dili, İngilis dili, Azərbaycan dili
  • İş vaxtı
    Həftə içi hər gün 00:00-23:59
    Şənbə 00:00-23:59
  • Açıqlama

    Heydər Əliyev Sarayı — 1972-ci il dekabrın 14-də qapılarını tamaşaçıların üzünə açmışdır. Həmin gün bu möhtəşəm Sarayın səhnəsində ilk böyük – qala konsert keçirilib. Konsertdə Respublikanın adlı-sanlı, görkəmli incəsənət ustaları iştirak ediblər. O zamandan Sarayının səhnəsində– Türkiyə, Yuqoslaviya, Çexoslovakiya, İngiltərə, ABŞ kimi böyük ölkələrdən, SSRİ-nin bütün regionlarından incəsənət xadimləri çıxış ediblər. Artıq 30 ildir ki, ən mühüm Beynəlxalq əhəmiyyətli, Respublika miqyaslı, Dövlət səviyyəli ictimai–siyasi, mədəni–kütləvi tədbirlər Heydər Əliyev Sarayında keçirilir.

    Sarayının səhnəsində çıxış edən artistlərin şəkillərinin, fotoarxivindən düzəldilmiş fotoqaleriyasına girərək, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat ala bilərsiniz. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə olaraq nümayiş etdirilir.

    Sarayın adı ilk öncə Lenin sarayı, sonra Respublika saray, 10 mart 2004-cü ildən isə Heydər Əliyev adına saray olub.

    Bir qədər əvvəl bütün texniki avadanlıq – səhnənin qalxıb enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir, dünya standartlarına uyğun işıq və səs texnikası qurulmuşdur.