Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər.

 

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər.

Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Nəqliyyat hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq Meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız 2019 Formula 1 Azərbaycan Qran Prisi zamanı yol məhdudiyyətləri tətbiq edilən müddət (22-30 Aprel) üçün etibarlıdır. İcazə sənədini aprelin 11-dən 28-dək aşağıda hər bir zonaya uyğun olaraq göstərilən nöqtələrdən əldə etmək mümkündür:

N.

Zonalar

İcazə sənədinin verilmə nöqtəsi

Zonaya giriş

Giriş vaxtı

Əlaqə

1

İçərişəhər

Azərbaycan Milli Ensiklopediyası binası /4-cü mərtəbə, 4-cü otaq

 

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Böyük Qala küçəsi 41

 

Azneft dairəsi

 

00:00-06:00

 

0124922427

 

2

Azadlıq Meydanı

4 saylı Mənzil Kommunal İstismar Sahəsi

 

Xaqani küçəsi 26/32

5-ci blok 2-ci mərtəbə

Rəşid Behbudov küçəsi

 

00:00-06:00

 

012 498 88 06

3

BMT-nın 50 illiyi küçəsi

58 saylı Mənzil Kommunal İstismar Sahəsi.

 

İstiqlaliyyət küçəsi 5

Lermontov küçəsi

 

İstənilən vaxt

 

012 492 41 85

 

İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir. İtirilmiş, oğurlanmış və ya yararsız hala düşmüş sənəd yenisi ilə əvəz olunmayacaq. Yarış ərəfəsində yalnız icazə sənədinə sahib nəqliyyat vasitələri bu zonalara buraxılacaq və onların istənilən zonaya daxil olmasına icazə veriləcək.

Məlumat üçün bildirək ki, 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək.  3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə sənədi olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Neftçilər prospekti ilə Asəf Zeynallı küçəsinin kəsişməsi, 2-ci zonaya giriş Rəşid Behbudov və Xəqani küçələrinin kəsişməsi, 3-cü zonaya giriş isə Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla xəritədə tanış ola bilərsiniz. Bu xəritədə həmin yollar mavi rənglə göstərilib. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq. Qırmızı rənglə göstərilən küçələrdə isə aprelin 22-si gecə saat 01:00-dan etibarən aprelin 30-u saat 06:00-a qədər nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq, 27 və 28 aprel tarixlərində Azneft dairəsindən Bayraq Meydanına qədər olan yolda 17:00-04:00 saatları arasında nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Qeyd edək ki, aprelin 24-dən saat 08:00-dan aprelin 29-a qədər dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4-günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel, saat 10:00-dan etibarən açıq olacaq.

Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar alışveriş mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

 

 

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti

Oxşar xəbərlər

Digər xəbərlər