«Çat kapı aşk» NizamiKino Mərkəzində
Nizami Kino Mərkəzi

Nizami Kino Mərkəzi

«Çat kapı aşk» NizamiKino Mərkəzində

7 martdan  etibarən  Nizami Kino Mərkəzində  gözlənilən «Çat kapı aşk»filmi nümayişə başlayır.Filmin rejissoru Erhan Baytimurdu.

 Rollarda: Müge Boz, Jess Molho, Nesrin Kumbasar, Duyqu Çetinkaya,  İbrahim Selim, Gümeç Alpay, İpək Bağrıaçıq və başqaları. Filmdə tanınmış Azerbaycanlı aktyor Elməddin Cəfərov çekilib.

Həyatının sevgisi ilə bir gün qovuşacağına inan gənc xəyalpərəst heykəltəraş qız Su,  onunla bir binada yaşayan, daim özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arazla rastlaşır və ona aşiq olur. Arazla Su arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Araz  problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Bu iki insan arasında hüznlü və və o qədər də gülməli sevgi hekayəsi başlayır.Həmin binada qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Günel Hasanova

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
Nizami Kino Mərkəzi

Nizami Kino Mərkəzi

Oxşar xəbərlər

Digər xəbərlər