“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib.
CinemaPlus (28 Mall)

CinemaPlus (28 Mall)

CinemaPlus şəbəkəsinə 9 kinoteatr, 41 ekran və 4001 oturacaq daxildir. Yüksək ölçülü 3D-kontentin...

“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib.

Bakı, 30 may: “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Playboy əməliyyatçı” fransız komediyasının öz dilimizdə nümayişi keçirilib.

Tədbirin təşkilində dəstək olmuşdular: “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, Basilur, Fresh Azcake və Ceylan MMC.

Filmi səsləndiriblər İslam Mehrəliyev, Oksana Rəsulova, Allahverdi Yolçiyev, Emin Nəsirli, Erkin Ergin, Vüsal Həci-Qədir, Vüqar Hüseynov, Samir Ələskərov, Azadə Abbasova, Rəhim Rəhimov, Yasamən Malik, Kamilla Babayeva, Azər Aydəmir, Gülnarə Zulalova, Günel İmanova, Nicat Ələskərov, Aysun Ələskərova və Aynur Axundzadə.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Filipp Laşo.

Baş rollarda Filipp Laşo, Elodi Fontan və Pamela Anderson.

Film haqqında qısa məlumat: Niki Larson – super xəfiyyə və dünyanın ən güclü cangüdənidir. Onu çox təhlükəli bir missiya gözləyir – oğurlanmış parfumu tapmaq, hansı ki, onu istifadə edən hər kəsi əks cins üçün cəlbedici edir...

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
CinemaPlus (28 Mall)

CinemaPlus (28 Mall)

CinemaPlus şəbəkəsinə 9 kinoteatr, 41 ekran və 4001 oturacaq daxildir. Yüksək ölçülü 3D-kontentin...

Oxşar xəbərlər

Digər xəbərlər