“CityMap.az” - ilk Milli Sosial Şəbəkə...
CityMap

CityMap

“CityMap.az” - ilk Milli Sosial Şəbəkə...

“CityMap.az” – Dövlət İdarələri, Hüquqi, habelə fərdi şəxsləri özündə cəmləşdirən ilk Milli Sosial Şəbəkədir.

Layihənin təməli 2016-cı ildə qoyulsa da, sözügedən sayt 2 il müddətində Azərbaycan bazarında beta versiyada fəaliyyət göstərərək, bazarın mövcud layihəyə tələbatını araşdırmışdır. Məhz uğurlu bazar araşdırmasının nəticəsi olaraq, bu il fevral ayının 10-da layihə rəsmi şəkildə istifadəyə verilmişdir.

Layihənin təsisçisi və rəhbəri Vaqif Hüseynovun sözlərinə görə, istənilən şəxs özünü və ya təmsil etdiyi qurumu rahat şəkildə heç bir ödəniş olmadan saytda qeydiyyatdan keçirə bilər. Sayt administrasiyanının müvafiq yoxlamaları və düzəlişlərindən sonra həmin kontent saytda öz əksini tapacaq. Bu həmiş şəxslərə çox rahat şəkildə öz hədəf kütləsinə çıxa bilmək və əlavə müştərilər qazanmaq üçün unikal bir şans verir. CityMap layihəsi bazarda mövcud olan analoji şəbəkələrdən fərqli olaraq, yeganə platformadır ki, 4 dildə (azərbaycan, rus, ingilis və türk dillərində) fəaliyyət göstərir və etibarlı kontentə tam zəmanət verir. Belə ki, saxta profillərdən saytı qorumaq üçün bütün qeydiyyatdan keçən şəxslərdən rəsmi (şəkilli) sənəd təqdim etmələri tələb olunur.

Vaqif Hüseynov həmçinin onu da qeyd etdi ki, bu gün üçün layihə tam olaraq Azərbaycan bazarını əhatə etsə də, sentyabr ayından etibarən qlobal bazara çıxmaq hədəflənib.

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
CityMap

CityMap

Oxşar xəbərlər