“Hakimiyyət”, “Əjdahanı necə əhliləşdirmək-3?” və “Yeraltı” filmlərinin nümayişləri
Park Cinema (Park Bulvar)

Park Cinema (Park Bulvar)

Park Cinema - 4 meydançadan ibarət ən böyük nüfuzlu kinoteatrlar şəbəkəsidir. Ən yüksək texniki tələ...

“Hakimiyyət”, “Əjdahanı necə əhliləşdirmək-3?” və “Yeraltı” filmlərinin nümayişləri "Park Cinema"da

Bu həftə “Park Cinema”da çox intensiv və maraqlı keçəcək. Bu axşam “Park Cinema Metropark”da “Hakimiyyət”, sabah “Park Cinema Flame Towers”da “Əjdahanı necə əhliləşdirmək-3?”, cümə axşamı günü isə canlı orkestr müşaiyəti ilə “Yeraltı” səssiz filminin nümayişləri keçiriləcək.

“Məncə, bu həftə “Park Cinema”nın nə qədər fərqli və hər bir zövqə uyğun filmlərinin nümayiş etdirməsini bir daha göstərəcək. Bizim repertuarımız və kontentimiz hər zaman rəngarəng və müxtəlif olub” – şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev bildirib.

“Hakimiyyət”, rejissor Adam Makkeyin dramatik komediya janrında çəkilmiş bir filmdir. ABŞ vitse-prezidenti Dik Çeynini daha orqanik canlandırmaq üçün aktyor Kristian Beyl 30 kq yığıb. Digər rollarda Emi Adams, Stiv Karrell və Sem Rokuell çəkilib. “Hakimiyyət”, həftəsonu keçiriləcək “Oskar” gecəsində 8 nominasiyaya layiq görülüb.

“Əjdahanı necə əhliləşdirmək-3?”, rejissor Din Debluanın cizgi filmi, britaniyalı yazıçı Kressida Kouellin əsərlərin əsasında çəkilmiş növbəti filmdir. Bu dəfə Debluanın layihəsində Cey Baruşel, Keyt Blanşet, Kreyq Ferqyuson və digər tanınmış aktyorlar iştirak edib. Filmin müxtəlif anonslarında isə “Taxtlar oyunu” serialının ulduzu Kit Xarinqton da çəkilib.

Ayın 21-də isə “Park Cinema” və “British Council” ilə birgə layihə çərçivəsində 1928-ci ilin “Yeraltı” filminin nümayişi keçiriləcək. Bu səssiz film Azər Hacıəsgərli orkestrinin canlı müşaiyəti ilə göstəriləcək.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
Park Cinema (Park Bulvar)

Park Cinema (Park Bulvar)

Park Cinema - 4 meydançadan ibarət ən böyük nüfuzlu kinoteatrlar şəbəkəsidir. Ən yüksək texniki tələ...

Oxşar xəbərlər