Maksim Fadeyev Bakı səhnəsini ayağa qaldırdı
Bakı Konqres Mərkəzi

Bakı Konqres Mərkəzi

Maksim Fadeyev Bakı səhnəsini ayağa qaldırdı

16 fevral 2019 tarixində Rusiyanın məşhur artisti Maksim Fadeev Bakı Konqres Məkəzində möhtəşəm şou ilə çıxış etdi. Bu sözügedən şəxsin son 25 ildə sayca ikinci konserti idi.  İlk konsert 2018-ci ilin 15 noyabrında Moskvada "Krokus City Hall"da baş tutmuşdu. 

Konsertdən bir gün öncə öz şəxsi instaqram hesabında Fadeyev bunları qeyd etmişdi: «Hər dəfə Bakıya öz doğma məkanım kimi qayıdıram! Sabah konsertimdir və indi aldığım məlumata görə artıq bütün biletlər satılıb. Hər kəsi gözləyirəm!».

 Konsert kifayət qədər izdihamlı keçdi və təxminən zalda 3000 nəfər izləyici vardı.

Maksim Fadeyev səhhəti ilə əlaqədar olaraq öz səhnə fəaliyyətində 25 illik fasilə vermişdi. "Çətindir. Lakin bu fasilə məcburi idi. Hər kəs bilir ki, mən eşitmə qabiliyyətimi itirmişəm və onu hələ də tam bərpa etməmişəm. Çünki təəsüflər olsun, tam bərpa etmək mümkün də deyil" - bu sözləri Maksim çox təsirli şəkildə fanat ordusu ilə bölüşdü. 

Fadeyevin sözlərinə görə, fanat ordusunun möhtəşəm coşqusunun yaratdığı səs-küyü eşidə bilməsə də, gözlərdəki alovu sezə bilirdi. 

Bakıdakı konsertdə təkcə yerli camaat deyil, həmçinin Belarusiyadan, Ukraynadan, Rusiyadan, habelə Qazaxıstandan da qonaqlar var idi. 

"Serebro" qrupunun keçmiş ifaçısı Molly ilə «Притяженья больше нет» və «Рассыпая серебро» mahnıları da hər kəsin tam ürəyincə oldu. 

Gecənin ulduz qonağı isə EMIN idi. Maks "EMIN — həmcinslərim arasında yeganə dostumdur", ifadəsini də sevgilə səsləndirdi. Artıq qısa müddətdə böyük sevgi qazanan"Мой Азербайджан" mahnısı da səhnədə duet şəklində bütün qonaqlara təqdim olundu. 

Konsert sözün əsl mənasında çox böyük anşlaq doğurmağı bacardı və nəticəsi olaraq 4 dəfə Maksim səhnəyə geri qaytarıldı. 

Günel Həsənova

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
Bakı Konqres Mərkəzi

Bakı Konqres Mərkəzi

Oxşar xəbərlər

Digər xəbərlər