Miri Yusif 3 günlük solo konserti barədə anons verib
Yaşıl Teatr

Yaşıl Teatr

Yaşıl Teatr — Bakıda açıq hava altında yerləşən, tamaşaçı tutumu 2500 nəfər olan teatr. Yaşıl Tea...

Miri Yusif 3 günlük solo konserti barədə anons verib

Azərbaycan şou-biznesinin super ulduzu Miri Yusif şəxsi İnstaqram- bloqunda iyunun əvvəlində Yaşıl Teatrda  üç günlük solo konsertinin keçəcəyi barədə xəbər verib. Müğənnı İnstaqram səhifəsində yazıb:"Əziz ruh əkizlərim, iyunun 7, 8, 9-da Yaşıl Teatrda görüşə hazırsınızmı?! Sizin üçün və sizlərlə birlikdə oxumaq üçün çox darıxmışam".

Bu günə qədər 6 solo albomu çıxmış, bir çox hitlərin nəinki  ifaçısı, eyni zamanda, müəllifi kimi  də tanınan Miri  "Dəyirman" qrupundakı fəaliyyəti bitdikdən sonra uğurlu solo karyeraya   başlayaraq,   şou-biznes «dalğalarında» özünü itirmədi. Əksinə 2010-cu illərin əsas ulduzuna çevrilməyi bacardı.  İlk gündən birgə addımladığı SS Production şirkəti və özünün kreativ komandasıyla hər ötən il daha maraqlı layihələrə imza atdı, daha da sevildi və məşhurlaşdı.

Qeyd edək ki, keçən il iyul ayında elə həmin Yaşıl Teatrda Miri Yusifin üç günlük konsertinə bütün biletlər konsertdən çox öncə satılmışdı. Bu fakt bir daha  onun tamaşaçı və dinləyici auditoriyasının miqyasını nümayiş eydirdi. dəstəyi olduqca yüksək səviyyədədir. Yalnız "ruh əkizlərinin" deyil, şou-biznes peşəkarlarının da çoxunun fikrinə görə, bu, ilin ən yaxşı konsert şoularından biri idi.

Bu ilki şou isə daha yaddaqalan, daha möhtəşəm olacaq. Bu dəfəki konsertin proqramı Miri Yusifin pərəstişkarlrına yaxşı tanış olan hitlər əsasında tərtib ediləcək – onu sevdirən əsərlərin hamısı səslənəcək. Artistin yeni üç günlük marafonunda tamaşaçıları canlı ifa, ulduz qonaqların iştirakı və bir sıra başqa sürprizlər gözləyir! Biletlər artıq satışdadır.

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
Yaşıl Teatr

Yaşıl Teatr

Yaşıl Teatr — Bakıda açıq hava altında yerləşən, tamaşaçı tutumu 2500 nəfər olan teatr. Yaşıl Tea...

Oxşar xəbərlər

Digər xəbərlər