Sibel Can Beynəlxalq Qadınlar günündə Bakı səhnəsində
Bakı Konqres Mərkəzi

Bakı Konqres Mərkəzi

Sibel Can Beynəlxalq Qadınlar günündə Bakı səhnəsində

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  Bakı Konqress Mərkəzində tanınmış türk müğənni Sibel Canın konserti baş tutacaq. Proqramda Sibelsevərlər onun repertuarından illərin unudulmaz nəğmələrini dinləyəcəklər.

Konsertin təşkilatçısı - "Liatris Holding" və “KEvents Group”, informasiya tərəfdaşı isə News24.az saytıdır. Sibel Can Bakıya martın 7-si, konsertdən bir gün əvvəl gələcək. Xanım sənətçi şəxsən iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın qonağı olacaq.

Sibel Can Bakı səfəri çərçivəsində Şirvanşahlar Sarayı, Qobustan, Atəşgah, Qala qoruğu kimi tarixi məkanlara getmək arzusunu təşkilatçılara bildirib. Xanım müğənni eləcə də Beynəlxalq Muğam Mərkəzi, Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Filarmoniyası, Xalça Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, Caz Mərkəzini görmək istəyindədir. 

Xatırladaq ki, bu, "Liatris Holding"in türk müğənnilərindən ibarət sayca ikinci təşkil etdiyi konserti olacaq. 29 dekabr tarixində tanınmış türk müğənnisi Sılanın da paytaxtda, Bakı Konqres Mərkəzində konsert proqramı baş tutub.

Günel Həsənova

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
Bakı Konqres Mərkəzi

Bakı Konqres Mərkəzi

Oxşar xəbərlər

Digər xəbərlər