Xalq artisti Nisə Qasımovanın
Heydər Əliyev Sarayı 

Heydər Əliyev Sarayı 

Heydər Əliyev Sarayı — 1972-ci il dekabrın 14-də qapılarını tamaşaçıların üzünə açmışdır. Həmin gün ...

Xalq artisti Nisə Qasımovanın "İmza: mən" adlı solo konserti baş tutub

Heydər Əliyev Sarayında keçirilən gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Konsertdə müğənninin  ən populyar və sevilən mahnıları səslənib. Nisə Qasımova repertuarında olan əcnəbi dildə musiqilərə də yer verib.

N.Qasımovanı dinləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları da yer alıblar.

Qeyd edək ki, Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşından Əfsər Cavanşirovun rəhbərliyi ilə “Bənövşə” uşaq xorunun solisti olaraq ilk dəfə səhnəyə qədəm qoyub. Daha sonra “S pesnyami jizni” beynəlxalq mahnı müsabiqəsində birincilik qazanıb. 1972-ci ildən Dövlət Televiziyasının solisti olan müğənni Almaniya, Ukrayna, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İslandiya, Türkiyə, Rusiya və digər ölkələrdə solo konsert proqramları ilə çıxış edib.

Şərh yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdı
Heydər Əliyev Sarayı 

Heydər Əliyev Sarayı 

Heydər Əliyev Sarayı — 1972-ci il dekabrın 14-də qapılarını tamaşaçıların üzünə açmışdır. Həmin gün ...

Oxşar xəbərlər

Digər xəbərlər